Dövlət başçısının maraqlı fotosu "İnstagram"da paylaşılıb
 
Bu gün 55 yaşını qeyd edən prezident İlham Əliyevin maraqlı fotosu yayılıb.
 
RePost.az-ın məumatına görə, foto Leyla Əliyevanın adı ilə açılan "İnstagram" səhifəsində yerləşdirilib. 
 
Fotoda dövlət başçısı L.Əliyevanın bir neçə il öncə övladlığa götürdüyü Əminə adlı körpəni qucağında tutub. Foto "Happy birthday!!!" (ad günün mübarək) şərhi ilə paylaşılıb. 
 
Maraqlı foto səhifə izləyicilərinin marağına səbəb olub. Qısa zaman ərzində fotonu yüzlərlə insan bəyənib və şərh edib. 
 
Leyla Əliyevanın Əminədən başqa əkiz oğlan övladları da var.
 
RePost.az

Baxış sayı: 3333 | Tarix: 24.12.2016
Bizi Telegramda izləyin: @repostaz