Portuqaliyanın “Sportinq” klubunda qeyri-adi münaqişə baş verib. Lissabon klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.
 
Belə ki, Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə görüşündəki 0:2 hesablı məğlubiyyətdən sonra paytaxt təmsilçisinin rəhbəri sosial şəbəkədə oyunçuları sərt tənqid edib. Futbolçular da buna etiraz əlaməti kimi məşqə çıxmaqdan imtina ediblər.
 
Onlar Karvalyonun bazaya gəlib, onlara izahat verməsi tələbini ortaya qoyub. Prezident isə buna sərt reaksiya verib. O, bütün futbolçuların – 19 oyunçunun cərimələnməsinə və komandadan kənarlaşdırılmasına qərar verib.
 
Qeyd edək ki, “Sportinq” sabah Portuqaliya çempionatında növbəti oyununu keçirməlidir.
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 07.04.2018
Bizi Telegramda izləyin: @repostaz