Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov 71 yaşında dünyasını dəyişib. Bu barədə virtualaz.org-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
 
Abbas Vəlibəyov 1990-cı ildə səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışıb.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 09.04.2018
Bizi Telegramda izləyin: @repostaz