Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
 
RePost.Az Xəzər TV-yə istinadən bildirir ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.
 
Hazırda orbitdə olan "Azerspace-1" vasitəsi ilə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Yeni peykin buraxılması ilə isə qonşu Gürcüstan bazarında lider mövqeyə malik olan, o cümlədən Tükiyədə özünəməxsus bazar payına sahib "Azerkosmos”un imkanları daha da genişlənəcək.
 
Hazırda 25-ə yaxın ölkədə sabit müştəri bazası olan "Azərkosmos"un yeni peykinin orbitə buraxılması ilə bazarda tərəfdaşlarının sayı da artıracaq. Belə ki, "Azərspace 2"nin xidmətlərinin bir qismi peyk orbitə buraxılmadan özünə müştəri qazana bilib.
 
Həmçinin, artıq 3 ildir ki, "Azərkosmos" tərəfindən Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur.
 
RePost.Az


Baxış sayı: 970