Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.
 
RePost.Az-ın məlumatına görə, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb. Ümumilikdə isə fevralın 16-da açıqlanmış 15 oyunçuya daha 8 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.
 
Qapıçılar: Alisson (“Roma”), Ederson (“Mançester Siti”), Kasio (“Korintians”)
 
Müdafiəçilər: Danilo (“Mançester Siti”), Faqner (“Korintians”), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”)
 
Yarımmüdafiəçilər: Kasemiro (“Real”), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred (“Şaxtyor”)
 
Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta (“Yuventus”), Tayson (“Şaxtyor”)
 
Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 14.05.2018
Bizi Telegramda izləyin: @repostaz