“Exo” qəzeti fəaliyyətini dayandırır.
 
Bu barədə “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib.
 
O bildirib ki, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək: “Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək”.
 
R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərinin və baş redaktor Rauf Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.
 
Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 18.05.2018
Bizi Telegramda izləyin: @repostaz