“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində dramatik anlar yaşanıb.
 
Bir zəngin sorağı ilə qəbiristanlığa yollanan Amil Xəlil maraqlı mənzərə ilə qarşılaşıb. O görüb ki, bir nəfər halsız vəziyyətdə qəbiristanlıqda yatır və su içməyə belə taqəti qalmayıb.
 
Teleaparıcı ilk öncə qonşuları daha sonra qəbiristanlıqda yaşayan Azər Bağırovu danışdırmağa çalışır.
 
Məlum olub ki Azər Bağırovu bu hala qohumları salıb: “Mənim var yoxumu əlimdən aldılar” – deyərək Azər Bağırov kövrəlməyə başlayıb. Daha sonra verilişin komandası Səhiyyə nazirliyinə müraciət edərək onu xəstəxanaya yerləşdiriblər.
 
Qəbiristanlıqda yaşayan adamın həyat hekayəsini sizə təqdim edirik.
 
RePost.Az

Baxış sayı: 3133