Telman İsmayılov şərəf, ləyaqətini və işgüzar nüfuzunu qorumaq məqsədilə "Rosbalt" agentliyini məhkəməyə verib. 
 
RePost.Az-ın isroil.info-ya istinadən verdiyi məlumata görə, bu barəıdə Moskvanın Presnenski Rayon Məhkəməsinin mətbuat katibi Aleksey Çernikov deyib. Onun sözlərinə görə, İsmayılov agentlikdən 1 milyon rubl təzminat tələb edir. 
 
Məhkəmənin nümayəndəsi deyib ki, İsmayılovun iddiası əsasən, agentliyin yaydığı 7 məqalə ilə bağlıdır. Onlardan beşinin müəllifi Yuri Verşovdur. Digər iki məqalənin müəllifi isə bəlli deyil. 
 
İsmayılovun vəkili Marina Rusakova məlumatı təsdiq edib. O qeyd edib ki, agentlik "hüquq-mühafizə orqanlarındakı mənbə"yə əsasən, müçtərisi haqında dəfələrlə yanlış məlumat dərc edib.
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 22.05.2018
Bizi Telegramda izləyin: @repostaz