UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.
 
RePost.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda da Avro-2020-nin 4 oyunu təşkil olunacaq.
 
Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.
 
UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.
 
RePost.Az

Baxış sayı: 3865 | Tarix: 24.05.2018
Bizi Telegramda izləyin: @repostaz