Tanınmış şairə Nazilə Səfərli jurnalist Xoşqədəm Hidayətqızının onu intihar həddinə çatdırdığını bəyan edib.
 
RePost.Az -ın məlumatına görə, Nazilə "İnstagram"da canlı yayım açaraq jurnalistə həddini bilməyi tapşırıb və intihar edərsə, onun günahkar olacağını bildirib. 
 
"Xoşqədəm, yaxşı qadınsansa, get Pərvanəyə ağıl ver. Efirdə "Nazilə" deyə bağırma! Burada sənin üçün kar yoxdur. Axmaq da deyiləm. Həddini bil ki, həddimi bilim. Axərəncə dəfə deyirəm, vaxtım yoxdur məhkəmə qapılarında sürünüm. Məni zorla intihara sövq etmə! Canımdan bezdirmə. Mənim başıma hər hansı bir hadisə gələrsə, birbaşa məsuliyyətlisən. Kim etsə sən məsuliyyətlisən. Sən məndən sorumlusan! Başa düşdün? Mən sağlamlığıımı, həyatımı sənə borc verirəm.
 
Həələ bir sənə sual verirəm, sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən. Qardaşım arvad alıb, arvad boşayıb, təzəsini alıb, mənə nə? Əl çək məndən"!  
 
RePost.Az


Baxış sayı: 3352 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz