Qondarma Donetsk xalq respublikasının başçısı Aleksandr Zaxarçenko avqustun 31-də Donetsk şəhərində baş vermiş partlayış nəticəsində həlak olub.
 
RePost.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı qondarma respublikanın başçısının administrasiyasından təsdiqləyiblər. Bildirilir ki, Aleksandr Zaxarçenko terror aktı nəticəsində həyatını itirib. Partlayış bu gün yerli vaxtla təxminən 17:30-da şəhərin mərkəzində yerləşən “Separ” restoranında törədilib. Daha üç nəfər yaralanıb.
 
RePost.Az

Baxış sayı: 934