Bu ilin Həcc ziyarəti zamanı Kəbə evini ziyarətə gəlmiş zəvvarlardan biri dünya mediasının gündəmini zəbt edib.
 
RePost.Az “İnterpress”ə istinadən xəbər verir ki, 2018-ci ilin Həcc ziyarəti zamanı dünyanın ən uzun zəvvarının heyrətamiz görünüşü zəvvarların diqqətini cəlb edib. 
 
Suleyman Kousin adlı zəvvar boyunun uzunluğuna görə görənlərin marağına səbəb olub.
 
Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı olan Kousinin boyunun 3 metrdən çox olduğu bildirilir. Məlumatda deyilir ki, dünyanın bir çox yerlərindən Həcc ziyarətinə gələn zəvvarların bəziləri Kousinlə birlikdə şəkil çəkdirməyə can atıblar. 
 
S.Kousin "Kolaak" jurnalının üz qabığında əks olunan görüntüsü ilə ilin ən uzun zəvvarı kimi tanınmağa başlayıb. 35 yaşlı zəvvar, eyni zamanda, zəvvarlar arasında “İlin həcisi” seçilib.
 
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı ötən ilkinə nisbətən 7 faiz artıb.
 
RePost.Az

Baxış sayı: 4302 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz