Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. 
 
RePost.Az-ın məlumatına görə, dövlət başçısının qəzaya düşdüyü hadisənin görüntüsü yayılıb. 
 
Moldova mətbuatında yer alan məlumatlara görə, Dodonun avtomobili əks istiqamətdə hərəkət edən bir yük maşını ilə toqquşub. 
Prezident və maşında olan ailə üzvləri dərhal paytaxt Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.
 
Prezident Dodon və ailəsinin səhhətinin yaxşı olduğu açıqlanıb. 
 
RePost.Az


Baxış sayı: 4074 | Tarix: 10.09.2018
Bizi Telegramda izləyin: @repostaz