Bakının Binəqədi rayonunda zorlanma hadisəsi baş verib.
 
RePost.Az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə şadlıq evlərinin birində qeydə alınıb.
 
Şadlıq evində çalışan xadimə Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə şikayət edib. Kimliyi açıqlanmayan 40 yaşlı qadın şikayətində bildirib ki, şadlıq evinin administratoru onu zorlayıb.
 
Qadın bildirib ki, 2 uşağını dolandırmaq üçün işləməyə məcburdur. O, sentyabrın 17-də işə gec gəlib. Buna görə administratorla onun arasında narazılıq yaranıb.
 
Həmin gün, yəni sentyabrın 17-dən 18-nə keçən gecə toydan sonra administrator xadiməni təmizlik işləri görərkən zorlayıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 217 | Tarix: 19.09.2018
Bizi Telegramda izləyin: @repostaz