Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22,  Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz olacaq. 
 
Rayonlarda sentyabrın 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
 
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək. 
 
RePost.Az

Baxış sayı: 3406