Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. "Report" xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. Ermənistan - Azərbaycan - 1,5:2,5 Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1 Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1 Qrant Melkumyan - Arkadi Naydiç - 1:0 Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5 Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

Baxış sayı: 3504 | Tarix: 28.09.2018
Bizi Telegramda izləyin: @repostaz