Xalq artisti Faiq Ağayev "Hər şey daxil" verilişində Röya ilə yayılan intim səhnələri haqqında danışıb.
 
RePost.Az xəbər verir ki, Xalq artisti Röya ilə illərdir səs-küyü səngimək bilməyən 18+ video görüntüləri barədə həqiqəti etiraf edib.
 
Müğənni səs-küylü yataq səhnəsinin klip üçün çəkildiyini qeyd edib:
"Əlimə imkan düşüb, danışacam. Bəzən mənə də, Röyaya da xəbəri olmayan tamaşaçılar internetdə yayılan görüntülərimizə görə irad tuturlar. O, "Neyləyim" klipindən kadrlar idi. Lakin sonradan biz Röyanı dəyişmək qərarına gəldik".
 
Xalq artisti onu da əlavə edib ki, Azərbaycan estradasında açıq-saçıq səhnələri olan kilipi ilk dəfə o çəkdirib.
 
RePost.Az


Baxış sayı: 4834 | Tarix: 12.10.2018
Bizi Telegramda izləyin: @repostaz