Televiziyalarda tok-şouların sayı artırılarsa, müzakirə və siyasi debatlar çoxluq təşkil edərsə, bu gün efiri dolduran bayağı verilişlər özü gündəmdən çıxar. RePost.Az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib. 

 

“Məncə, problemin həlli üçün tamam başqa bir variant tapılmalıdır, alternativlər artmalıdır ki, bütövlükdə televiziya məkanı hazırkı mənasız verilişlərdən azad olsun. Son zamanlar bir neçə maraqlı veriliş var ki, onları izləyirəm. İnsanların faydalana biləcəyi bu cür verilişlərin sayı artırılmalıdır. Onda bazar iqtisadiyyatında necədirsə, televiziyaların da rəqabət mühitində mənasız verilişlər avtomatik olaraq gündəmdən çıxacaq”, - Fazil Mustafa əlavə edib.

 

 

RePost.Az

Baxış sayı: 65