Paytaxtın Nəsimi rayonunda fərdi evlərdən birinin divarına 13 elektrik sayğacı quraşdırılıb. Ev sahibi hər hansı bir qısaqapanma və ya başqa bir hadisənin baş verəcəyindən narahatdır. O, sayğacların mənzilinin divarından götürülməsini istəyir. Məsələyə aidiyyəti qurumların də münasibətini öyrənmişik.
 
Görüntülər Paytaxtın Nəsimi rayonu, Balababa Məcidov üçəsi ev 87 ünvanındandır. Ev sahibi Lalə Novruzovanın sözlərinə görə, işi ilə əlaqədar tez-tez rayona getməli və 1-2 ay orada qalmalı olur. Hər dəfə rayona gedib gələdikdə isə görüb ki, evinin divarına 2-3 elektrik sayğacı quraşdırlılıb. Beləliklə də ətrafdakı 13 evə məxsus elektrik sayğacı onun mənzilinin divarına yerləşdirilib.
 
Divara bu qədər sayğacın quraşdırılması ilə yanaşı elektrik xətləri də çox primitiv formada topa şəklində sarınıb. Lalə Novruzova deyir ki, bütün günü hər hansı qəza və ya yanğın hadisəsinin narahatlığı ilə yaşayırlar.
 
Lalə Novruzova bildirir ki, məsələ ilə bağlı aidiyyəti quruma da müraciət edib.
 
Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən sayğaclar 7 il əvvəl yenidənqurma işləri zamanı, vətəndaşın razılığı ilə yüksək təhlikəsizlik tədbirləri görülməklə orada quraşdırılıb. Əgər indi vətəndaş narazıdırsa, yenidən həmin əraziyə baxış keçiriləcək və sayğaclar başqa yerə köçürüləcək.
 
RePost.Az


Baxış sayı: 2174 | Tarix: 21.11.2018
Bizi Telegramda izləyin: @repostaz