UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində Azərbaycan milli komandası son oyununu keçirib. 
 
RePost.Az xəbər verir ki, Priştina şəhərindəki Fadil Vokkri stadionunda Kosovo millisi ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.
 
Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.
 
RePost.Az


Baxış sayı: 3257 | Tarix: 21.11.2018
Bizi Telegramda izləyin: @repostaz