Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
 
Azərbaycanın rayonlarında sabaha bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 4-5-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
ETSN xəbərdarlıq edir ki, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 
 
Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
RePost.Az

Baxış sayı: 349