İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır.
 
RePost.Az xəbər verir ki,  Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlayıb.
 
Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı.
 
Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.
 
Qeyd edək ki. bu yağlar Azərbaycana da gətirilir və uşaqların sevimli qidası hesab olunur. 

Baxış sayı: 1794 | Tarix: 13.01.2017
Bizi Telegramda izləyin: @repostaz