İranın rəsmi xəbər agentliyi Press TV Menbiç şəhərindəki hücuma görə Türkiyə Milli Kəşfiyyat İdarəsini (MİT) ittiham edib və saxta bir paylaşımı gerçək kimi göstərərək, özünü biabır edib.
 
RePost.Az xəbər verir ki, agentlik "Kurtlar Vadisi" serialının baş rol ifaçısı Necati Şaşmazın MİT-in tapşırığı ilə terrorçuq fəaliyyəti göstərdiyini və Menbiçdəki terroru da onun gerçəkləşdirdiyini irəli sürüb.
 
Sosial şəbəkələrdə oxucular tərəfindən çoxsaylı iradlar gəldikdən sonra agentlik xəbəri silmək məcburiyyətində qalıb.
 
RePost.Az

Baxış sayı: 3724