“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.
 
RePost.Az xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.
 
2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə – 1,87 manat/1 dollar, 2021-ci ildə – 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.
 
“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, – agentlik qeyd edir.
 
2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.
 
RePost.Az

Baxış sayı: 3314 | Tarix: 28.01.2019
Bizi Telegramda izləyin: @repostaz