“Veysəloğlu” şirkətinə məxsus obyektlərdə xarab olmuş yeməklər satılır.

RePost.Az-ın məlumatına görə, məlum hadisə sözügedən şirkətə məxsus  Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki “Spar” marketlər şəbəkəsində qeydə alınıb. Belə ki, həmin mağazadan qızardılmış kartof alan müştəri onu yeyərkən iylənmiş tam və qoxu hiss edib.

Yeməyi mağazaya geri qaytaran müştəri, həmin qidanın piştaxtadan yığlışdırılmasını tələb edib. Mağazanın administratoru əvvəlcə köhnəlmiş məhsul satmadıqlarını iddia etsə də, qidanı qoxladıqdan sonra malın satışdan çıxarılması barədə göstəriş verib.

"Arzaz" marketlər şəbəkəsinin PR meniceri Billurə Əmirova isə məlumatı təkzib edib. O qeyd edib ki, sözügedən marketdə satılan qızardılmış kartofla bağlı heç bir şikayət olmayıb. 

Lakin məlumatı sosial şəbəkədə yayan jurnalist Zülfüqar Xeyirxəbər, hadisənin şəxsən onun başına gəldiyini və markletə şikayət etdiyini bildirib. "Əgər market müştərinin şikayətini qulaq ardına vurub, qeydə almayıbsa, bu da onların məsuliyyətlərinin gpstəicisidir. Onların yanaşmasından asılı olmayaraq faktla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şikayət etmişəm. Ümidvaram ki, Agentlik "Spar" marketdə satılan bişmiş açıq qidalarla bağlı araşdırma parıb məlumat yayacaq", - deyə Zülfüqar Xeyirxəbər əlavə edib.

 

Həmçinin jurnalist bildirib ki, bir dəfə də həmin marketdə satılan hazır qidadan zəhərlənib. "Ötən il sentyabrın 12-də "Spar" marketdən aldığım salatdan zəhərləndim. Təcili yardımla xəstəxanaya aparıldım, lakin İlham Məmmədovun və Billurə xanımın xahişi ilə məsələni ictimailəşdirmədim. Güman elədim ki, qüsurları ardan qaldırıb, insanların sağlamlığı ilə oynamazlar, amma görünür yanılmışam", - deyə jurnalist vurğulayıb.

Xatırladaq ki, son zamanlar bu şirkətə məxsus mağazalarda satışa çıxarılan məhsulların istehsal tarixi ilə bağlı ziddiyyətli foto və məlumatlar yayılır. Bir neçə gün öncə də “Veysəloğlu” şirkətinə məxsus OBA marketlər şəbəkəsində satışa çıxarılan yumurtaların istehsal tarixi ilə bağlı saxtakarlıq aşkarlanmışdı.


Həmçinin şirkətdə aparılan yoxalamalar zamanı da küllli miqdarda vergidən yayınma faktları üzə çıxıb və Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub.

 

RePost.Az


Baxış sayı: 2497 | Tarix: 26.03.2019
Bizi Telegramda izləyin: @repostaz