Bakı metrosunda təhlükəli anlar yaşanıb.
 
Oxu.Az xəbər verir hadisə “Koroğlu” stansiyasında baş verib.
 
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, gənc oğlan qatar yoluna düşüb. Buna səbəb isə kiminsə mobil telefonunun qəfildən relslərin üzərinə düşməsi olub:
 
“Bir nəfər gənc qatar stansiyaya daxil olan zaman relslərin üzərinə atılıb. Mənə verilən məlumata görə, onun qatar yoluna düşməsinin səbəbi telefon olub. Sərnişinlərdən birinin telefonu qatar yoluna düşüb.
 
Oğlan da onu götürmək üçün icazəsiz addım ataraq təhlükəli şərait yaradıb. Xoşbəxtlikdən heç bir problem yaranmayıb. Həmin gənc qaydaları pozduğu üçün polisə təhvil verilib”.
 
RePost.Az

Baxış sayı: 2023