1985-ci ildə 2 yaşındaykən ananın imtina etdiyi, daha doğrusu erməni qadınla sevgili olan atasının üstünə atılan Elcan doğma anasından imtina edib. 
 
RePost.Az xəbər verir ki, erməni qadının saxlayıb-böyütdüyü, tərbiyə verdiyi azərbaycanlı artıq 37 yaşındadır.
 
Vaxtilə Gəncədə yaşayan Lyubov İvanovnanın Kristina adında bir qızı var. Ərindən boşanan Lyuba Raqiflə sevgili olub. Bir müddətdən sonra ailəsi Rafiqi evləndirməyə qərar verir və Lyuba ondan ayrılır. Raqif adət-ənənəyə uyğun olaraq 18 yaşlı Kəmalə ilə ailə qurur. Bu evlilikdən Elcan doğulur.
 
Lakin evlilik uzun sürmür. Elcanın varlığı belə atasını erməni sevgilisindən ayıra bilmir. Raqif Lyubanın yanına dönür. Kəmalənin atası nəvəsini kürəkəninin sevgilisi ilə birgə yaşadığı evin qarşısına atır. Bu yolla kürəkənini geri qaytaracağını düşünür.
 
Amma hadisələr planlarının əksinə inkişaf edir. Lyuba sevgilisinin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür.  
 
Elcanın izi ilə Rostova gedən Xoşqədəm Hidayətqızı Lyuba ilə görüşüb. O, "Səni axtarıram" proqramına müsahibəsində maraqlı məqamlara toxunub:
 
"Rafiq toy gecəsi Kəmaləni evdə qoyub mənim yanıma gəlmişdi. Mən onu təhqir edib qovdum. Düzdür, getdi, amma bir neçə gündən sonra geri döndü. Amma bu dəfə Raqifi qova bilmədim. Bilirsiniz, əəgər insan bir insanı sevmirsə, onu orada zorla saxlamaq olmaz. Ürəyə hökm etmək mümkün deyil. Məcbur olub Rafiqi qəbul etdim. Onsuz da bu ailənin axırı yox idi. Gec-tez dağılmalı idi və dağıldı da. Burada mənim heç bir günahım yoxdur.
 
Heç bir milli münaqişə bizim bir yerdə olmağımıza mane ola bilmədi. O, məni sevirdi, mən də onu. Elcan onun oğludur, onun qanıdır, eyni zamanda mənim oğlumdur. Onlar ayrılanda Elcanın 2 yaşı vardı". 
 
Müsahibənin daha ətraflı aşağıdakı videoda izləyə bilərsiz:
 
 


Baxış sayı: 2383