Ermənistanda atom bombası hazırlanıb. 
 
RePost.az armrus-a istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2011-ci ildə açılmış məxfi məlumatında deyilir. Məlumata görə, SSRİ zamanında nüvə silahının hazırlanması üçün Ural və Qərbi Sibir kimi ərazilər nəzərdən keçirilsə də sonda Ermənistan SSRİ üzərində dayanılıb. SSRİ atom bombası layihəsinə rəhbərlik etmiş Lavrenti Beriya Ermənistanın xeyrinə seçim edib. Sənədlərdən atom bombasının hazırlandığı ərazinin Göyçə gölü ətrafı seçildiyi bildirilir. Nüvə silahını istehsal edəcək zavodun tikintisinin 1947-ci ildə başlandığı və 1948-ci ildə yekunlaşdığı bildirilir. Tikinti işlərinə alman əsirlərin cəlb edildiyi məxfi sənədlərdə öz əksini tapıb. Ermənistan ərazisinə Saksoniya və Çexoslavakiyadan uran gətirildiyi deyilir.
 
İlk atom bombasının isə 1949-cu ilin iyulunda hazırlandığı vurğulanır. Bu nüvə silahı Uralda Maqnitoqors şəhərindən 100 kilometr uzaqlıqda sınaqdan çıxarılıb. 1949-cu ilin sentyabrında rəsmi Vaşinqton və London Sovet atom bombasının sınaqdan çıxarılması faktını təsdiq edib. Hesabatda işlərin Arakelyan soyadlı professor tərəfindən həyata keçirildiyi əks olunub. Sənəddə atom bombasının Göyçə gölü ətrafında hazırlandığı xüsusi qeyd olunur. 
 
Qeyd edək ki, bu fakt bu ərazilərin vaxtilə Azərbaycan və türkdilli əhalinin yaşayış məskəni olduğunu sübut  edir. Ermənilər ərazinin adının sənədlərdə Göyçə kimi qeyd olunmasının üzərindən səssiz keçərək Sevan deyə qeyd edirlər. 
 
RePost.az

Baxış sayı: 236 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz