Rus politoloq danışıqların nəticəsiz qaldığını deyir
 
"Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi qaçılmazdır". RePost.az-ın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bunu rusiyalı politoloq Andrey Epifantsev deyib. O, 2017-ci ildə keçmiş SSRİ ölkələrində baş verə biləcəkləri şərh edib. Poliltoloq vəziyyətin gərginləşəcəyindən narahatdır. 
 
"Danışıqlar heç nəyə gətirib çıxarmır, qarşıdurmanı həll etmək mümkün olmur. Minsk qrupu effektiv deyil. Ermənistan kompromisə getmir. Görünür Azərbaycan çıxılmaz vəziyyətə düşür - Bakının hərbidən başqa yolu qalmır".
 
Politoloq deyir ki, bundan qaçmaq üçün münaqişə zonasına diqqət artırılmalıdır. Təxminən Suriya və Ukrayna münaqişəsi səviyyəsində.
 
Rusiya Strateji Araşdırmalar İnstitutunun Qafqaz araşdırmaları şöbəsinin rəhbəri Artur Atayev isə Abxaziyadakı vəziyyətdən ehtiyat edir. O, düşünür ki, separatçı rejimdə mart ayına planlaşdırılan parlament seçkisi regionda gərginlik üçün əsas təhdiddir.
 
"İkinci gərginlik nöqtəsi kimi Cənubi Osetiyanın adını çəkmək olar. 2017-ci ildə Rusiyanın tərkibinə daxil olmaq qərarının verilməsi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub". Atayev Dağlıq Qarabağdakı vəziyyəti isə təhlükəliliyinə görə üçüncü yerdə gördüyünü açıqlayıb.
 
RePost.az
 

Baxış sayı: 293 | Tarix: 06.01.2017
Bizi Telegramda izləyin: @repostaz