Paytaxt Bakıda keçirilən 20 yanvar sorğusunda üzücü məqamlar ortaya çıxıb. Şəhər əhalisi 20 yanvar günü nə baş verib sualını cavablandırıb.
 
RePost.Az baku.ws-ə istinadən xəbər verir ki, paytaxt sakinlərinin əksəriyyəti 20 yanvar günü nə baş verdiyini bilməyib. Hətta ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin adların bilmək bir yana onların əvəzinə tamamilə başqa rayonların adlarını söyləyiblər.
 
Qeyd edək ki, sorğunu internet kanallarından biri keçirib.
 
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
 
Sözügedən sorğunu sizə təqdim edirik:

Baxış sayı: 2383 | Tarix: 20.01.2017
Bizi Telegramda izləyin: @repostaz