“Avto Radio” Azərbaycan radio məkanında yeniliyə imza atıb. Belə ki, radio “20 Yanvar” faciəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsinə həsr olunan xüsusi layihə hazırlayıb.

RePost.Az xəbər verir ki,  “Bir gülün, bir günün tarixi” adlı radiolayihədə həmin gün baş verən hadisələrdən və qərənfil gülü ilə bağlı  indiyə kimi heç kimin bilmədiyi məlumatlar yer alıb.

“Avto Radio 107.7 fm”in direktoru Cavid Nemətzadə bildirib ki, şəhidlərimiz üçün belə bir audiofilm hazırlamaq ideyası irəli sürüldü. Azərbaycanlı olaraq radionun yaradıcı heyəti ilə bu filmi hazırlamaq qərarına gəldik:

“Əslində bu bir yenilikdir. Təxminən bir aydır ki, biz bu audio film üzərində işləyirik. Filmdə müsahibələri olan şəxslər, həmin günü yaşayan və gülçülük təsərrüfatı olan Bakı kəndlərinin sakinləridir. Məqsədimiz şəhidlərimizin xatirəsini əziz tutmaq, ölkəmizin müstəqilliyi və azadlığı uğrundakı mübarizədə canından keçən şəxslərin ailələrinə təsəlli verməkdir. Bir sözlə hər kəsi “Bir gülün, bir günün tarixi” filmini dinləməyə çağırıram. Bu bizim ilk belə layihəmizdir. Gələcəkdə də davam etdirməyi planlaşdırırıq”

Qərənfilin sevgi gülündən şəhidlər gülünə necə çevrildiyini izah edən və qərənfil gülünə indiki təlabatdan bəhs edən bu film bu gün “Avto Radio” vasitəsilə dinləyicilərə təqdim olunacaq.

RePost.Az


Baxış sayı: 2421 | Tarix: 20.01.2017
Bizi Telegramda izləyin: @repostaz