Xalq artisti Röya Ayxan bloqer Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən 77 yaşlı Əsmər Cəfərovanın evinə baş çəkib.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, buna qədər Röya 77 yaşlı şəhid anasına məxsus evin təmir xərclərini öz üzərinə götürüb.
 
Qeyd edək ki, bloqer Tural Yusiflinin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqəti çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi
 
Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyətindən Əsmər Cəfərova ilə bağlı mövqe öyrənmək istəsək də, cəhdlərimiz uğursuz oldu. İcra hakimiyyətindən əvvəlcə məsələ ilə bağlı mövqe bildiriləcəyi açıqlansa da, ardınca rəsmi məktub və ya email vasitəsilə sorğu göndərilməsi istənilib.
 
Ötən gün Qazax rayon İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova unikal.org-a bildirib ki, 77 yaşlı nənə kömək almaq üçün mütləq icra hakimiyyətinə gəlməlidir. "Belə konkret məsələ ilə bağlı heç nə deyə bilmərəm. İcra hakimiyyətinin şəhid ailələri ilə bağlı problemi yoxdur. O qadın gəlsin görək, nə istəyir. Ondan sonra məsələyə baxaq".

Baxış sayı: 1735