Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil.
 
RePost.Az BAKU.TV-yə istinadən xəbər verir ki, vəziyyətlə maraqlanmaq üçün biz də Abşeron rayonu Məhəmmədli kəndində yaşayan bu ailənin yanına yollandıq.
 
Hadisə dekabr ayının 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.
 
Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb.
 
Yanğın baş verən zaman evdə yalnız ailə başçısı Rövşən Əliyev olub. Hazırda dört nəfərlik ailə müvəqqəti məskunlaşmaq üçün onlara verilən evdə yaşayır.
“Yardımsevər bir insan müvəqqəti sığınmaq üçün ev verib. Hazırda orda qalırıq. Neyniyə bilərik ki?!”,-deyə ev sahibi bildirib. 
 
Məhəmmədli kənd icra nümayəndəsi Şiraslan Həsənovun sözlərinə görə, həmin ailə onların da diqqətindədir. Evdə təmir işləri başlayacağı təqdirdə onlara müəyyən köməklik göstəriləcək.


Baxış sayı: 2269 | Tarix: 17.01.2020
Bizi Telegramda izləyin: @repostaz