Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatları zamanı 33 hərbi qulluqçusu şəhid olub. 
 
RePost.Az İHA-ya istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.
 
Vali əlavə edib ki, hava hücumu nəticəsində 29 əsgər şəhid olub. Ağır yaralanan əsgərlərdən 4-ü də sonradan vəfat edib.
 
"Hal-hazırda 32 yaralı var və deyə bilərəm ki, yaralanan əsgərlərin heç biri üçün həyati təhlükə yoxdur.
 
Bu yaralıların bütün müalicələri səhiyyə işçilərimiz tərəfindən aparılır".


Baxış sayı: 862