Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 93 min 158 nəfərdən 50 min 690 nəfər sağalıb.
 
RePost.Az xəbər verir ki, dəhşətli virusdan sağalma nisbəti daha çox Çində müşahidə olunub.
 
Belə ki, Çində koronavirusa yoluxmuş 80 min 270 nəfərdən 38 min 556 nəfər sağalmağı bacarıb. Bununla bərabər virusa təslim olmuş 2871 nəfər isə həyatını itirib.
Ümumilikdə Çindən kənar 70-dən çox ölkədə virusa yoluxmuş 12 min 888 nəfərdən 12 min 134 nəfər virusdan xilas olub. Koronavisrudan ölənlərin sayı isə cəmi 327 nəfər təşkil edir.
 
Həyatını itirmiş 327 nəfərdən 79-u İtaliya, 77-si İran, 28-si isə Cənubi Koreyanın payına düşür. Digər həlak olanlar isə müxtəlif ölkələrdə qeydə alınıb.
 
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Dünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.
 
Virus ailəsinin adı onun anatomik quruluşu - “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması xüsusilə diqqəti cəlb edir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

Baxış sayı: 997