Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

RePost.Az xəbər verir ki,  bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.

Qeyd edək ki, martın 11-nə olan məlumata görə, dünyanın 114 ölkəsində 118 min insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyə qədər 4 minə yaxın insan həyatını itirib. Koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronavirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.


Baxış sayı: 3086 | Tarix: 11.03.2020
Bizi Telegramda izləyin: @repostaz