Honkonq Universitetinin alimləri koronavirusun dörd dərəcə temperaturda uzun müddət aktiv qala bildiyini müəyyən ediblər.
 
RePost.Az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
 
Alimlər həmçinin koronavirusun geyimlərin üzərində iki günə qədər qaldığını üzə çıxarıblar.
 
Araşdırmalar göstərib ki, dörd dəcəcə temperaturda uzun müddət stabil qalan koronavirus dezinfeksiya işləri aparılmadığı halda yalnız 14 gün sonra zəifləməyə başlayır.
 
Həmçinin elmi adı "SARS-CoV-2" olan yeni tip koronavirusun yüksək temperatura davamsız olduğu, 70 dərəcə temperaturda beş dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.
 
Hansı səthlərdə nə qədər qala bilər?
 
Alimlər qeyd edirlər ki, virus kağız üzərində ən çoxu üç saat, geyimlər və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə səthdə dörd günə qədər, plastik səthlərdə isə bir həftəyə qədər qala bilir.
 
Alimlər həmçinin koronavirusun tibbi maskaların xarici səthində yeddi günə qədər qala biləcəyini açıqlayıblar. Mütəxəssislər maskaların tez-tez dezinfeksiya edilməsinin vacibliyini bildiriblər.

Baxış sayı: 1129 | Tarix: 30.03.2020
Bizi Telegramda izləyin: @repostaz