Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.
 
Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
 
Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Baxış sayı: 2231 | Tarix: 10.04.2020
Bizi Telegramda izləyin: @repostaz