Virusun ikinci dalğası ola bilər
 
Karantin rejiminin tətbiqi ilə virusun geniş yayılmasının qarşısı alınıb. Sosial-iqtisadi amillər karantinin sərt şəkildə uzun müddət davam etməsinə imkan verə bilməz. Virusun ikinci dalğasının yaranması ehtimalı var.
 
RePost.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
O, deyib ki, ən böyük təhlükə hələ qarşıda ola bilər. Heç kəs arxayınlaşmamalıdır. 
 
Azərbaycanda ağır koronavirus xəstələrinin sayı açıqlandı
 
“Hazırda Azərbaycanda 14 koronaviruslu xəstə reanimasiyada müalicə alır”.
 
RePost.Az xəbər verir ki, Operativ Qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
O qeyd edib ki, onlardan altısının vəziyyəti ağırdır:
 
“Səkkiz nəfər süni nəfəs aparatına qoşulub. Ölkədə dərman, süni tənəffüs aparatlarının və qoruyucu maskaların qıtlığı yaşanmayıb”.
 
İdarə heyətinin sədri həmçinin bildirib ki, bu gün daha bir koronavirus xəstəsi vəfat edib. 
 
Xüsusi karantin rejiminə yenidən qayıdıla bilər
 
Koronavirusla mübarizədə sərt karantin rejimi tətbiq edilsə də, əksər ölkələr artıq mərhələli şəkildə çıxş yolunu tətbiq etməyə başlayıblar.
 
RePost.Az xəbər verir ki, bu barərə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Azərbaycanda da karantin rejimindən mərhələli çıxış yolu hazırlanıb tətbiq edilməkdədir. 
 
Bununla belə Ramin Bayramlı təhlükənin sovuşmadığını qeyd edib. "Karantin rejimi yumşaldılsa da, ən çətin mərhələ qabaqdadır. Vaksinasiya problemi həll olunmayana qədər koronavirusa etinadsız yanaşmaq olmaz. Əks halda simtomsuz yoluxmanın artması baş verə bilər.
 
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, əgər yoluxma yenidən artarsa xüsusi karantin rejiminə yenidən qayıdıla bilər.
 
Rusiyadan gətirilən azərbaycanlılar arasında koronavirus aşkarlanıb
 
Mart ayı ərzində 10 mindən çox Azərbaycan vətəndaşı hava yolu vasitəsilə ölkəmizə gətirlib.
 
RePost.Az xəbər verir ki, bu barərə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
O qeyd edib ki, AZAL may ayı ərzində beynəlxalq uçuşlar bərpa etməyəcəyini bəyan edib. Buna baxmayaraq xaricdə qalan vətəndaşlarımız xüsusi reyslərlə vətənə gətiriləcək. "Rusiyadan gətirilən 548 nəfər arasında yoluxma fakrtı aşkarlanıb. Bu biur daha göstərir ki xaricdən gələnlər üçün xüsusi karantin rejimi tətbiq edilməli və sonra evə buraxılmalıdır", - deyə Ramin Bayramlı əlavə edib.
 
Koronavirusa yoluxanların 52,1 faizi bu şəhərin payına düşür
 
Azərbaycanda koronavirusdan ölənlərin yaş həddi açıqlanıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
 
O bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.
Ümumilikdə isə koronavirusa yoluxan şəxslərin 52,1 faizdən çoxu Bakı üzrə qeydə alınıb:
 
"Youxma hallarında xarici vətəndaşların sayı 13,16 %, Aran zonasında 6,88 %, Lənkəranda 8,28 %, Abşeronda 5,54 %, Gəncə- Qazax zonasında 7,62 %, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07 %, Şəki- Zaqatalada 1,27 %, Dağlıq Şirvanda 1,4 %, Naxçıvanda 0,27 % təşkil edib".
 
Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı açıqlandı
 
Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.
 
RePost.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
 
O, qeyd edib ki, bunların hamısı iş prosesində yoluxmayıblar.
 
Xəstələrin 60-70 faizi sağalıb.
 
İki nəfərin vəziyyəti isə ağırdır.
 
Operativ Qərargah məktəblərin fəaliyyəti ilə bağlı açıqlama verdi
 
Yaxın günlərdə Operativ Qərargah məktəblərin fəaliyyətinin nə vaxt bərpa olunacağına dair qərar verəcək. 
 
RePOst.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
O, qeyd edib ki, bu qərar ölkədə koronavirusla bağlı son durumlar incələndikdən sonra veriləcək.
 
Metro nə zaman açılacaq?
 
"Koronovirus epidemiyası hava damcı yolu ilə yoluxduğundan ciddi rejim şəraitində gediş-gəliş azalmalı idi".
 
RePost.Az xəbər verir ki, bu barərə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. 
 
Onun sözlərinə görə, metronun dayandırılması da böyük əhəmiyyət kəsb edirdi. 
 
İctimai nəqliyyatın tam fəaliyyətinin bərpası və metronun açılmasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ictimai nəqliyyatlas bağlı, sürücü və səırnişinləırin davranış qaydaları ilə bağlı təlimat hazırlanıb. "Burada bir sıra tibbi qaydalara mütləq əməl edilməlidir. Bu qaydalar müvafiq qurumlara təqdim ediləcək. Təlimatlar sərnişin sıxlığının aradan qaldırılmasına yardım edəcək", Ramin Bayramlı vurğulayıb.
 
12 rayonda koronavirusun risk ocaqları ləğv edilib
 
"Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur".
 
RePost.Az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
Nazir müavini bildirib ki, karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib: "Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib".
 
V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir. Bu günə qəıdər xəstələrin 64%-i sağalıb.
 
Bəzi regionlar isə artıq koronavirusdan təmizlənib.
 
Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
 
Azərbaycanda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır
 
Hazırda Azərbaycanda 2 cür karantin var.
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
 
Onun sözlərinə görə, hazırda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır və gündəlik səhhətləri nəzarətdədir:
 
"Xaricdən gələn şəxslər də karantinə götürülür və ayrılmış xüsusi yerlərdə nəzarətdədirlər. Hazırda xaricdən gəldiyi üçün karantində saxlanılanların sayı 5 minə yaxındır".

Baxış sayı: 3409 | Tarix: 24.04.2020
Bizi Telegramda izləyin: @repostaz