İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.
 
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb: “Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”.

Baxış sayı: 977 | Tarix: 06.03.2026
Bizi Telegramda izləyin: @repostaz