Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
 
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,04 ABŞ dolları və ya 1,79% artaraq 115,89 ABŞ dolları olub.
 
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,85 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Baxış sayı: 179 | Tarix: 29.04.2026
Bizi Telegramda izləyin: @repostaz