FİFA 2026-cı il Dünya Çempionatı ərəfəsində yeni qərar qəbul etməyə hazırlaşır.
 
Apasport.az xəbər verir ki, qurum yayda keçiriləcək mundial zamanı sarı vərəqə limitinin ləğvi ilə bağlı qərar qəbul edə bilər.
 
Bu addımın məqsədi həlledici oyunlarda futbolçuların cəza səbəbindən meydana çıxa bilməməsi riskini minimuma endirməkdir.
 
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Baxış sayı: 179 | Tarix: 29.04.2026
Bizi Telegramda izləyin: @repostaz