Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.
 
RePost.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
 
Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:
 
"Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.
 
Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.
 
Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq.
 
Ünvanlılıq prinsipi üstün tutulmaqla işsiz kimi qeydiyyata alınmış şəxslər arasından, həqiqətən, heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək".

Baxış sayı: 3504 | Tarix: 28.04.2020
Bizi Telegramda izləyin: @repostaz