Şimal vaqon deposunda tikinti işləri davam etdirilir. Depoda vaqonyığma, avtoqoşqu və avtotormoz hissələrinin təmiri, təkər cütü və digər sexlər fəaliyyət göstərir. 
Vaqonun hərəkət intensivliyindən asılı olaraq təkər cütlərinin diyirlənmə səthi yeyilir və 7-10 ildən bir onların yenidən tərtib olunmasına təlabat yaranır.
 
Yeni inşa edilən vaqon təkər emalatxanası bu tələbatın ödənilməsinə xidmət edəcək. Burada “Azərbaycan Dəmir Yolları” QSC-nin inventar və özəl park vaqonlarının təkər cütləri tərtib olunacaq. Emalatxananın inşasında Bakı vaqon təmiri zavodundan demontaj olunmuş qurğu və avadanlıqlardan istifadə edilib. Eni 28, uzunluğu 44 metr, ümumi sahəsi 1250 m2 təşkil edir. Hər ay burada 500 vaqon təkər cütü tərtib etmək mümkün olacaq. Emalatxanada təkər cütlərinin demontajı, yuyulması və digər işlər də yerinə yetirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov depoya baxış keçirib, tikinti işlərinin gedişatı ilə tanış olub. 
Qeyd edək ki, Biləcəri stansiyasında çən vaqonlarının təmiri üçün xüsusiləşdirilmiş vaqon deposu 1934-cü ildə istifadəyə verilib. Ötən əsrin əvvəllərində Bakı ətrafında neft mədənlərindən hasilatın artması ilə əlaqədar depoda daşınma və yük vaqonlarının təmiri təşkil edilirdi.

Baxış sayı: 3732 | Tarix: 11.05.2020
Bizi Telegramda izləyin: @repostaz