"Mayın 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə əlaqədar indiki mərhələdə fikir söyləmək bir qədər erkən olardı".
RePost.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, vəziyyətin qiymətləndirilməsi region və dünyadakı proseslərin qiymətləndirilməsi ilə əlaqədar olacaq: "Hesab edirik ki, karantin rejiminin uzadılması, müəyyən yumşaldılma və sərtləşdirmə tədbirləri ola bilər. Bu mövcud vəziyyətdən asılı olacaq".