Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
"Azəriqaz"dan verilən məlumata görə, Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xətlərinin hava kompresor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 21.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Abşeron ,Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Baxış sayı: 559 | Tarix: 21.05.2025
Bizi Telegramda izləyin: @repostaz