Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb.
 
RePost.Az mia.az-a istinadən xəbər verir ki, 2.50 manata satılan "Kent", "Davidofff" və digər markalı siqaretlər bir neçə gün əvvəl 20 qəpik, 2 manata qədər olan siqaretlər isə 10 qəpik bahalaşsa da, bu artım da son olmayıb.
 
Belə ki, az öncə parakəndə satış məkanlarında 2.70 manata satılan siqaretlər 30 qəpik qalxıb: 
 
"Artıq "Kent-4", "Davidoff" və digər bu markalı siqaretlər 3 manat oldu. 1.80 manata satılan "Winiston" və bu kimi siqaretlər isə artıq 2-2.10 manata parakəndə satışa çıxarılıb".
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 25.01.2017
Bizi Telegramda izləyin: @repostaz