Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzaladıqdan sonra insanlar bu posta layiq bildikləri namizədlərin adlarını çəkməyə başladı. Sosial şəbəkə istifadəçilərinin irəli sürdüyü namizədlər arasında Xalq artisti Faiq Ağayevin də adı var.
 
RePost.Az xəbər verir ki, ifaçı insanların ona göstərdiyi bu etimada belə reaksiya verib:
 
"Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!
 
O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək.
 
Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki..."

Baxış sayı: 4891 | Tarix: 22.05.2020
Bizi Telegramda izləyin: @repostaz