Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dən RePost.Az-a verilən məlumata görə, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

Baxış sayı: 4131 | Tarix: 05.06.2020
Bizi Telegramda izləyin: @repostaz