“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.
RePost.Az-ın məlumatına görə, bu barədə aviaşirkətin internet səhifəsində bildirilib.
Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.
Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.